A Seriyası: “Milan” səfərdə “Fiorentina”dan üstün oldu - VİDEO

İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilir.

Bakunews.media xəbər verir ki, son çempion “Milan” səfərdə “Fiorentina” ilə qarşılaşıb.

Florensiyadakı matçda qonaqlar 1:2 hesabı ilə qalib gəliblər.

47-ci dəqiqədə “Milan” hesabda önə keçib. Qolu hücumçu Ruben Loftus-Çik vurub. 50-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdiriblər. Yarımmüdafiəçi Cozef Alfred Dunkan qola imza atıb. Matçın 53-cü dəqiqəsində Rafael Leau qonaqları yenidən hesabda irəli çıxarıblar - 1:2.

“Milan” hazırda turnir cədvəlində ikinci yerdədir. Komanda 30 görüşdən 65 xal toplayıb. “Fiorentina” isə 29 oyundan sonra 43 xalla 10-cudur.

 

0.14242720603943