“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə”də gümüş medal qazanıb.

Bakunews.media xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov finalda yaponiyalı Sanşiro Muraoya uduzub.

Beləliklə, yığma yarışı iki gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) eyni mükafata sahib çıxıb.

16:30

Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə”də finala yüksəlib.

Bakunews.media-ın məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov həlledici raunda vəsiqə qazanıb.

Bu gün tatamiyə çıxan Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın altı cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev finalda uduzaraq (73 kq) gümüş medal qazanıb.

11:12

Bu gün Azərbaycanın daha üç cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayacaq.

Bakunews.media xəbər verir ki, yarışın sonuncu günündə Vüqar Talıbov (90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikidi +100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın altı cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.

0.073890924453735