Pakistan məhkəməsi İmran Xanın cəzasını təxirə salıb

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalifətdə olan Ədalət Hərəkatı partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Büşra Bibinin korrupsiya və xarici hədiyyələrin satışı işi üzrə cəzalarını təxirə salıb.

Hakimlər sabiq kabinet rəhbərinin və onun həyat yoldaşının apellyasiya şikayətlərinə baxaraq cəzalarının təxirə salınması barədə qərar qəbul ediblər.

Lakin məhkəmənin hökmünə baxmayaraq, Xan və həyat yoldaşı digər məhkumluqlara görə həbsxanada qalmaqda davam edirlər.

Qeyd edək ki, yanvar ayında Xan dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib. Fevralın əvvəlində məhkəmə keçmiş baş nazir və onun həyat yoldaşını qanunsuz nikaha daxil olmaqda təqsirli bilib və onları yeddi il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Mənbə: TASS

0.044486999511719