Azərbaycan gimnastları Avropa çempionatında qızıl və gümüş medallar qazanıblar
Portuqaliyanın Gimareyeş şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.
“Trend” xəbər verir ki, yeniyetmələrin batutda sinxron hərəkətlərində Əli Niftəliyev və Ammar Baxşaliyev cütü qızıl medal qazanıb.
Qızların batutda sinxron hərəkətləri yarışında isə Azərbaycan gimnastları Ayan Şabanova və Samirə Hüseynova fəxri kürsünün ikinci pilləsində yer alıblar. Bu, Azərbaycan batutçu qızların ilk Avropa medalı olub.
Qeyd edək ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət tamblinq yığmamız Avropa çempionatında ilk qızıl medalı qazanıb.