“Fənərbağça” “Qalatasaray” üçün tələ hazırlayır

Türkiyə Superkuboku uğrunda “Fənərbağça” ilə “Qalatasaray” arasında keçirilməsi nəzərdə tutulan matç baş tutmaya bilər.

Məlumata görə, oyuna U19 komandası ilə çıxacaq “Fənərbağça” “Qalatasaray”ın qələbəni bayram edə bilməməsi üçün əlindən gələni edəcək. Plana əsasən matç zamanı “Fənər”in üç futbolçusu zədə və ya digər səbəblərdən oyunu tərk edəcək, komanda 8 nəfərlə qaldıqda isə qarşılaşma yarımçıq dayandırılaraq baş tutmamış sayılacaq.

Məlumatı “Fənərbağça”nın idarə heyətinin üzvü Erol Biletsik də təsdiqləyib.

Düzdür, əgər bu baş verərsə, reqlamentə əsasən “Fənərbağça”ya texniki məğlubiyyət veriləcək, lakin stadionda mükafatlandırma mərasimi olmayacaq və “Qalatasaray” qələbəni bayram edə bilməyəcək.

Qeyd edək ki, oyun aprelin 7-nə planlaşdırılıb.

Xatırladaq ki, “Fənərbağça” Türkiyə çempionatından çıxmağı düşünür. Belə iddialar “Trabzonspor” azarkeşlərinin İstanbul klubunun futbolçularına hücumundan sonra peyda olub.

Mənbə: Ajansspor

0.052032947540283