Budapeştdə minlərlə insanın iştirakı ilə hökumət əleyhinə nümayiş keçirilib - VİDEO

Macarıstanın paytaxtı Budapeştdə minlərlə insanın iştirakı ilə hökumət əleyhinə nümayiş keçirilib.

Mitinq iştirakçıları şəhərin mərkəzi küçələri ilə yürüş edib, sonra parlament binası yaxınlığındakı meydana toplaşaraq etirazlarını davam etdiriblər.

Etirazçılar Macarıstanın baş naziri Viktor Orban və baş prokuror Peter Poltun istefasını tələb edib, Macarıstandakı korrupsiya faktlarının araşdırılmasını tələb ediblər.

Mənbə: TASS

0.5455629825592