ABŞ-də qəribə hadisə: Çoxtonluq polad çən qəflətən öz-özünə kiçildi - VİDEO

ABŞ-nin Minnesota ştatının Preston şəhərində yerləşən dayanacaqda qəribə hadisə baş verib. Tankerin sürücüsü kabinəyə daxil olmaq istədiyi zaman maşının arxasındakı çoxtonluq nəhəng polad çən bir saniyə içində alüminium qutu kimi kiçilib. Qorxan sürücü dərhal maşından uzaqlaşıb. Lakin hər hansı başqa hadisə baş verməyib.

Çox güman ki, çən boşaldılan zaman içəriyə hava vurulmayıb. Nəticədə yaranan vakuum poladın müqavimətindən daha güclü olub. Metal atmosfer təzyiqinə tab gətirə bilməyib və içəriyə doğru əyilib.

Mənbə: “BİLD na russkom” “Telegram”

0.44021201133728