“Formula 1” Yaponiya Qran Prisinin qalibi bəlli oldu

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının dördüncü mərhələsinin - Yaponiya Qran Prisinin qalibi olub. Yarış “Suzuka” trekində baş tutub.

Onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub. İlk üçlüyü “Ferrari” komandasının ispan pilotu Karlos Saynz qapayıb.

Ümumi hesabda üçqat dünya çempionu Ferstappen 77 xalla birinci yeri tutur. Peres ikincidir (64 xal). Üçüncü yerdə isə Monakodan olan “Ferrari” sürücüsü Şarl Lekler (59) qərarlaşıb. Konstruktorlar çempionatında “Red Bull” birinci yeri tutur (141 xal). İlk üçlüyə həmçinin “Ferrari” (120) və “McLaren” (69) daxildir.

Qeyd edək ki, “Formula 1”in növbəti mərhələsi aprelin 19-dan 21-dək Çində keçiriləcək.

Mənbə: TASS

0.13096785545349