İranda zəlzələ olub

İranın cənub-şərqində 4,5 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin seysmoloji mərkəzi bildirib.

Mərkəzin məlumatlarına əsasən, zəlzələnin episentri ölkənin Kirman ostanının Şəhdad şəhristanından 24 km aralıda olub. Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib.

Bildirilib ki, ostanın mərkəzi Kirman şəhərinin əhalisi də yeraltı təkanları hiss edib.

Ölənlər və dağıntı barədə məlumat verilməyib.

Mənbə: IRNA

0.47317409515381