Azərbaycan güləşçisi: “Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım”
“Yarışa çox ciddi hazırlaşmışdım. Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım”.
“Report”un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) İtaliya təmsilçisi Frank Çamizonu məğlub etdiyi Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinin yarımfinal görüşü barədə jurnalistlərə açıqlamasında deyib.
İkiqat dünya və dördqat Avropa çempionu olan rəqibini üstələyərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan 23 yaşlı güləşçi bunu son saniyələrdə bacardığını vurğulayıb:
“Turnir Azərbaycanda təşkil olunduğu üçün ikiqat motivasiya ilə hazırlaşırdım. Dünya çempionatında sona üç saniyə qalmış lisenziyanı əldən vermişdim. Burada isə əksinə, sona üç saniyə qalmış lisenziya qazandım”.