Parisdə binada partlayış və yanğın olub: Ölənlər var - FOTO

Fransanın paytaxtı Parisin şərqində səkkizmərtəbəli binanın yeddinci mərtəbəsində baş verən partlayış və ardınca başlayan yanğın zamanı azı üç nəfər həlak olub.

Hadisə axşam saatlarında şəhərin XI dairəsində Şaron küçəsində baş verib.

Ərazi administrasiyası rəhbərinin müavini Luk Lebonun verdiyi məlumata görə, binada qaz avadanlığı yoxdur, buna görə də partlayışın səbəbi hələ müəyyən edilməyib.

Yanğın baş verən mənzildə xilasedicilər iki nəfərin meyitini aşkar ediblər. Daha bir nəfər təşvişə düşüb və mənzilinin pəncərəsindən özünü yerə atıb. Həkimlər ona tibbi yardım göstərsələr də, o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sakinlər binadan təxliyə ediliblər.

Mənbə: Le Parisien

0.43792486190796