ABŞ Yəməndə zenit-raket sistemini sıradan çıxarıb

“ABŞ ordusu Yəmən ərazisinə növbəti zərbəni endirərək zenit-raket kompleksini hədəfə alıb”.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində yer-hava raket sistemini uğurla məhv ediblər”, - komandanlığın yaydığı məlumatda qeyd edilib.

Bundan əlavə, CENTCOM qüvvələri şənbə günü Qırmızı dəniz üzərində pilotsuz uçuş aparatını (PUA) vurub.

Qəzza zolağında qarşıdurmanın daha da şiddətlənməsindən sonra “Ənsar Allah” (Husi) hərəkatı Fələstin anklavında əməliyyat dayandırılana qədər İsrail ərazisinə hücumlar həyata keçirəcəkləri və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib. Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

“Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, ABŞ hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradılması və əməliyyata başladığını elan edib.

0.51905798912048