İlon Mask Marsa bir milyon insan göndərməyi planlaşdırır - FOTO/VİDEO

İlon Mask “SpaceX” əməkdaşlarına Marsın kolonizasiyası ilə bağlı təlim mühazirəsi verib.

Mask, bəşəriyyətin çoxplanetli növə çevrilməsinin vacibliyini vurğulayıb.

O, bu məqsədə çatmaq üçün “Starship” və “Falcon 9” kosmik gəmilərində davamlı uçuş sınaqlarının və təkmilləşdirmələrin zəruriliyini izah etib.

Mühazirədə Mask Fermi Paradoksuna toxunaraq, yerdənkənar sivilizasiyalarla təmasların olmamasına diqqət çəkib və ağıllı həyat formalarının son nəticədə planetdən kənar miqyaslara çatmazdan əvvəl özlərini məhv etdiklərini təxmin edib. O, digər sivilizasiyaların mümkün taleyindən qaçmaq üçün bəşəriyyəti Yer kürəsindən kənara məskunlaşdırmağın zəruriliyini vurğulayıb.

İş adamı 20 il ərzində bir milyon insan üçün özünü təmin edən Mars qəsəbəsinin yaradılmasının mümkünlüyünə əminliyini ifadə edib və bunun üçün ABŞ-nin Texas və Florida ştatlarında “Starship” üçün iki kosmodromun tikintisinə başlanıldığını bildirib.

Mənbə: kod.ru

0.4090530872345