“Pak Dad” şəbəkəsi brendinin yeni filialı sizin xidmətinizdə - FOTO/VİDEO

Bir Azərbaycan markası olan “Pak Dad” Şirkətlər Qrupu A.M.Şərifzadə 162 (“İnşaatçılar” metrostansiyasının çıxışı) ünvanında, 10 il sizinlə olan “PAKDAD” restoranının növbəti 7-ci Yasamal filialının möhtəşəm açılışını edib.

Daha çox türk mətbəxi ilə məşhur olan bu restoranlar şəbəkəsi Bakı şəhərinin müxtəlif yerlərində - Koroğlu Rəhimov küçəsində, Əhmədlidə, eləcə də, Nizami küçəsində (“Torqovı”) fəaliyyət göstərir.

Paytaxt Bakıda artaraq, öz fəaliyyətini genişləndirən “Pak Dad” Şirkətlər Qrupu Yasamal ərazisində də bu bölümün ehtiyacını nəzərə alaraq fəaliyyətə başlayıb.

Türkiyə-Avropa mətbəxinin müxtəlif yemək çeşidi və möhtəşəm dadı ilə zəngin olan “Pak Dad”ın açılışında tanınmış müğənnilər, aparıcılıar, məşhur simalar, media nümayəndələri iştirak edib.

Restoranın açılışı Türkiyədən gəlmiş məşhur modelyer İvana Sertin içtirakı ilə baş tutub. İvana Sertlə yanaşı, Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfova, model Rüstəm Cəbrayılov, Hacı Nuran, müğənnilərdən Roza Zərgərli, Dilarə Kazımova, Xatun, Samira və b. məşhurlar iştirak edib.

Yeni açılan “Pak Dad” restoranı tamamilə fərqli, yeni dizayn tərtibatda müştərilərə təqdim olunub.

“Pak Dad” - Ailələrin, dostların sevdiyi, istirahət etdiyi və görüşdüyü bir məkandır.

Burada dostlarla bir axşam, işgüzar səhər və ya böyük ailə yeməyi - istənilən səbəb üçün “Pak Dad”da hər bir şərait vardır!

Siz də həyatdan hər gün həzz alın – heç bir səbəb olmadan. Özünüzü sevindirin və sevincinizi “Pak Dad”la paylaşın!

Bütün restoran şəbəkələri pak, halal ət məhsullarından istifadə edir.

Bundan başqa, yeni açılan ticarət mərkəzlərində də “Pak Dad” Brendi fəaliyyət göstərəcək.

Qeyd edək ki, hazırda “Pak Dad” Brendinin dörd restoranı, üç “Fast-food”u mövcuddur.

“Gənclik Mall”, “28 Mall”, “Park Bulvar” Ticarət Mərkəzlərində “Fast-food” şöbələri mövcuddur. Bu restoranlar şəbəkəsində menyu Tükiyə-Avropa mətbəxi üzərində qurulub. Lakin yeni açılan bölümdə müştərilər üçün yenilik olacaq. Burada Azərbaycan guşəsi də fəaliyyət göstərəcək.

https://www.facebook.com/pakdadbaku/

https://www.instagram.com/_pakdad_/?hl=ru

http://www.pakdad.az/

0.33757209777832