Ukrayna ordusunun komandanı: “Orduda kifayət qədər adam yoxdur”

“Müttəfiqlərimiz bizə nə qədər silah versələr də, orduda kifayət qədər adam yoxdur”.

Bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-leytenant Aleksandr Pavlyuk özünün “Facebook” sosial şəbəkə hesabında yazıb.

O, hərbi xidmət keçməli olan vətəndaşları Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmağa çağırıb.

“İnsanların dinc həyat sürmək, səyahət etmək, karyera qurmaq istəyini başa düşürəm. Amma obyektiv reallıq da var: Rusiya bizim mövcud olmaq hüququmuzu inkar edir. Düşmən ancaq güc dilini başa düşür”, - deyə A.Pavlyuk vurğuladı.

A.Pavlyuk bildirib ki, Rusiya ordusu Ukrayna ərazilərindən çıxarılmağa məcbur edilməlidir.

“Biz bunu etməsək, azadlıq olmayacaq. Ukraynalılar Silahlı Qüvvələrin sıralarına qoşulmaq üçün nə qədər çox cəsarət tapsalar, Rusiyanın planlarını həyata keçirməsi bir o qədər çətin olacaq. Ölkəmizin, millətimizin taleyi təhlükə altındadır”, - deyə o vurğulayıb.

0.4853720664978