Tbilisi aeroportu bağlanacaq - SƏBƏB

Tbilisinin kənarında, Vazianidə tikintisi planlaşdırılan yeni hava limanı istifadəyə verildikdən sonra mövcud Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı mülki uçuşlar üçün bağlanacaq.

Bu barədə Gürcüstan Hava Limanları Assosiasiyasının Mətbuat Xidməti məlumat yayıb.

“2029-cu ilə qədər biz artıq yeni hava limanına sahib olacağıq və mövcud hava limanını tamamilə yenisinə köçürəcəyik”, - Gürcüstan Hava Limanları Assosiasiyasının baş direktoru İrakli Karkaşadze bildirib.

Mətbuat Xidməti aydınlaşdırıb ki, yeni hava limanı son vaxtlar fəaliyyət göstərməyən keçmiş hərbi aerodromun ərazisində yerləşəcək.

Mövcud Tbilisi hava limanı yenisi tikildikdən sonra logistik mərkəzə çevrilə, yaxud da yalnız yük təyyarələrini qəbul edə, eləcə də ölkənin yüksəkvəzifəli şəxsləri və yüksəkrütbəli xarici qonaqlara xidmət göstərə bilər. Bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib.

Mənbə: TASS

0.38908791542053