Britaniyada banknotlardakı monarxın təsviri ilk dəfə dəyişdirilib - FOTO

Britaniyada banknotlardakı monarxın təsviri ilk dəfə dəyişdirilib.

Böyük Britaniya Kralı III Çarlz ilk dəfə yeni funt banknotlarda öz portretini görmək imkanı qazanıb.

Məlumata görə, yeni əskinaslar iyun ayında dövriyyəyə buraxılacaq.

Bundan sonra monarxın təsviri dövriyyədə olan bütün nominallarda olacaq.

İngiltərə Bankının qubernatoru Endryu Beyli və baş kassir Sara Con Bukingem sarayında krala onun təsviri olan ilk əskinasları təqdim ediblər.

Kral ənənəyə görə, yeni əskinasların ilk nüsxələrini almalıdır. Bu o deməkdir ki, monarxa 00001 nömrəli əskinaslar verilib.

Kral III Çarlzın təsviri olan əskinaslar II Yelizavetanın təsvir olunduğu əvvəlki əskinaslarla yanaşı istifadə olunacaq.

Mənbə: BBC

0.40214991569519