Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandılar - FOTO
Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku başa çatmaq üzrədir.
Bakunews.media xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziyaxarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.
Bu gün onlardan sonuncusu - Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb. O,109 kiloqram çəki dərəcəsində yarışıb.
Atletimiz birdənqaldırma hərəkətində 177 kiloqramı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
O, təkanlaqaldırma hərəkətində 211 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.
Toplam 388 kiloqram (177+211) nəticə göstərən Dadaşbəyli yekun sıralamada da ikinci yeri tutub və yarışı üç gümüş medalla başa vurub.