“Yuventus”dan Kənan Yıldıza möhtəşəm jest

İtaliya nəhəngi “Yuventus” həm türkiyəli milli futbolçu Kənan Yıldızla müqaviləni uzatmağa, həm də əfsanəsi Alessandro Del Pyeronun formasını ona verməyə hazırlaşır.

Məlumata görə, İtaliya A Seriyasının daimi təmsilçisi Yıldızla 2029-cu ilə qədər yeni müqavilə imzalamaq istəyir.

Bildirilir ki, “qoca sinyora”nın azarkeşlərin böyük maraq göstərdiyi 18 yaşlı hücumçu ilə son vaxtlar Avropa klublarının maraqlanması “Yuve”ni belə addım atmağa sövq edir. Hazırda komandada 15 nömrəli formanı geyinən hücumçunun yeni müqavilədən sonra 10 nömrəli formanı geyinəcəyi gözlənilir.

Qeyd edək ki, “Yuventus”da Del Pyerodan sonra Tevez, Poqba və Dibala kimi adlar 10 nömrəli formanı geyinsə də, son iki mövsümdə bu nömrə sahibsiz qalıb.

Mənbə: Haber Global

0.10800385475159