Azərbaycanda həkimin yaralandığı dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

Dünən İsmayıllı rayonunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. 

Bakunews.media xəbər verir ki, görüntülər qəzada iştirak edən avtomobillərdən birində yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub. 

Videoda avtomobilin Cülyan kəndinin yoluna dönən zaman “Kamaz”dan çıxan tüstünün yolu tamamilə görünməz etdiyi aydın görünür. Qarşıdan gələn avtomobil də yolu görməyib və dəhşətli qəza baş verib. 

Qeyd edək ki, hadisə dünən saat 10 radələrində Cülyan kəndinə gedən yolda qeydə alınıb. Qəza zamanı iki avtomobil toqquşub. Belə ki, “VAZ 21015” markalı avtomobil 99-NH-588 dövlət nömrə nişanlı digər maşınla toqquşub. Hadisə nəticəsində “VAZ”ın sürücüsü ağır xəsarət alıb. 

Hadisə zamanı xəsarət alan Şirinov Roman Qəbələ şəhər xəstəxanasında həkim işləyir.

Samir İsayev

1.0202260017395