Azərbaycan millisinin Gürcüstanla oyunlar üçün heyəti açıqlanıb
Aprelin 14-16-da Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq Futzal üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.
Bu barədə federasiyanın rəsmi saytından Bakunews.media-a bildirilib.
Vurğulanıb ki, aprelin 13-də yola düşəcək komandamızın heyətində baş məşqçi Vitali Borisov 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçıya şans verib.
Millinin heyəti: Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı “Neftçi” İK), İlham Alıyev (hər ikisi U-19), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).