Milli istehsalımız olan yeni kompüter oyununun ilk treyleri təqdim edildi - VİDEO

Azərbaycanı oyun sektorunda dünya bazarına çıxaran yerli oyun şirkəti “Bad Button Studio” 2020-ci ildə qlobal bazar üçün hazırladıqları “King and Kingdoms” (Kral və Krallıqlar) oyununun treylerini təqdim edib.

Bununla yanaşı, oyun həvəskarları üçün oyunun öncədən qeydiyyatı da açıq elan edilib.

Oyunun treylerində dünya tarixinin yeddi müxtəlif mədəniyyətini təmsil edən döyüşçüləri və həmin döyüşçülərin torpaqlarının əraziləri də əks olunub. 

Treyleri daha da maraqlı edən isə döyüş səhnələrində dünya oyunçularının təqdimatının milli musiqi notları altında təqdim edilməsidir.

Bu, oyun həvəskarları üçün oyunu daha da maraqlı edəcək.

Qeyd edək ki, artıq “Bad Button Studio” “Facebook” və “Instagram” kimi sosial şəbəkələrdə öz auditoriyasını cəlb etməyi bacarıb. İnanırıq ki, 2020-ci ildən Azərbaycanın da adı Qlobal oyun sənayesində ön sıralarda hallanacaq. 

0.83108806610107