Şahmat üzrə Azərbaycan çempionatında III turun görüşləri keçirilib

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında III turun görüşləri keçirilib.

Bu barədə Azərbaycan Şahmat Federasiyadan Bakunews.media-a məlumat verilib.

Bildirilib ki, hesabat turunda favorit Aydın Süleymanlı Rüstəm Rüstəmov üzərində qələbə qazanıb.

Məhəmməd Muradlı Vüqar Manafovu, Misrətdin İsgəndərov isə Şiroğlan Talıbovu məğlub edib. Süleyman Süleymanlı, Vüqar Manafov və Murad İbrahimli də turu qələbəylə başa vurublar. Digər partiyalar heç-heçə yekunlaşıb.

Üç turdan sonra məğlubiyyətsiz irəliləyən Məhəmməd Muradlı və Aydın Süleymanlı ilk pillələrdə qərarlaşıblar. Liderlər hərəyə 2,5 xal toplayıb. Sonrakı yerləri Read Səmədov, Abdulla Qədimbəyli, Xəzər Babazadə, Süleyman Süleymanlı, Vüqar Manafov, Misrətdin İsgəndərov və Namiq Quliyev tuturlar. Hər birinin iki xalı var.

0.22057104110718