Ramin Məmmədov: Seçicilərin həyatlarına müsbət təsir edə biləcək dəyişikliklərdən danışdıq - FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Ramin Məmmədov seçiciləri ilə görüşlərini davam etdirir.
Bu barədə R.Məmmədov “Facebook” hesabında paylaşım edib.
O bildirib ki, Azadkənd, Poladtuğay, Xankeçən və Çığırğan kəndlərinin sakinləri ilə görüş səmimi, maraqlı, eyni zamanda, məhsuldar olub:
“Bu kəndlərdə yaşayan seçicilərin həyatlarına müsbət təsir edə biləcək dəyişikliklərdən danışdıq. Digər kəndlərdə olduğu kimi, seçiləcəyim təqdirdə görüşlərimizin mütəmadi olmasını arzu edən kənd sakinlərinə “baş üstə” cavabını verdim. Allah utandırmasın!”