Kürdəmirdə 62 yaşlı kişi maşını aşırdı, iki nəfər yaralandı - FOTO/VİDEO

Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmirin Sor-Sor kəndindən keçən hissəsində nəqliyyat qəzası baş verib. 

Bakunews.media xəbər verir ki, kənd sakini, 62 yaşlı Lələkişi Qasımov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. 

“VAZ 2107”nin sürücüsü bildirir ki, hadisə baş verən yola peyin dağılıb. Qarşıda gedən avtomobil nəqliyyat vasitəsini kənara çəkmək istəyib. Bu zaman Lələkişi Qasımov da idarəetməni itirib. 

Hadisə zamanı Lələkişi Qasımov və avtomobildə olan sərnişin Sərdar Məmmədov xəsarət alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır. 

 

0.93450212478638