32 yaşlı qadın dəm qazından boğularaq ölüb – VİDEO

Mingəçevir şəhərində dəm qazından boğulma hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsində qeydə alınıb.

Adıçəkilən ünvanda yaşayan 32 yaşlı Cəmilə Həsənova vanna otağında dəm qazından boğulub.

Ailə üzvləri qapını döydükdə açan olmayıb.

Onlar evə daxil olan zaman isə qadının qazdan boğularaq öldüyü məlum olub.

Cəmilə Həsənovanın meyiti müayinə olunmaq üçün morqa yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

 

0.3286919593811