Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO

Ağdaş rayonu ərazisindən keçən internet xətlərinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Kamal Qədirov və İmran Cumayev saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları və əldə etdikləri pulu öz aralarında böldükləri müəyyən edilib.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Çingiz Mirzəağayev, Anar Alıyev, Elmir Adıgözəlov və Gündüz Xəlilov saxlanılıblar. Onlardan marixuana və kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

0.074722051620483