Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

Məlumata görə, qanun layihəsi aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası, daha sonra isə ABŞ Senatı tərəfindən təsdiqlənib.

Qeyd olunur ki, paketin həcmi 95 milyard dollar təşkil edir. Bura Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir. ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib.

Mənbə: TASS

0.32761597633362