100 yaşı münasibətilə vals oynadı, şərəfinə parad təşkil edildi: Almatıdan maraqlı görüntülər - FOTO/VİDEO

Qazaxıstanın Almatı şəhərindən olan Böyük Vətən müharibəsi veteranı Tamara Maksimovanın 100 yaşı tamam olub. Günün qəhrəmanı üçün şəxsi parad təşkil olunub.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Bildirilib ki, yerli paraşütçülər onu ad günü və qarşıdan gələn Qələbə günü münasibətilə təbrik ediblər. O, yubileyini vals oynamaqla qeyd edib.

Məlumata görə, Tamara Aleksandrovna Moskvada 9-cu sinfi bitirdikdən dərhal sonra cəbhəyə getməyi xahiş edib. O, Volokolamsk şosesində xəstəxanada işləməyə başlayıb. 1943-cü ildə ağır yaralanmasına baxmayaraq, müharibə boyu, qələbəyə qədər hərbi xəstəxanada yaralılara qulluq edib. Elə xəstəxanada gələcək əri ilə tanış olub və 60 il birlikdə yaşayıb.

O, müharibədən sonra təhsilinə davam edib, elmlər namizədi olub və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində işləyib.

Mənbə: “Sputnik” Qazaxıstan

0.33341598510742