Yataqxanalardakı mənzillərin satılması qanunidirmi? - ARAŞDIRMA + VİDEO

Paytaxtda yataqxana tipli binalarda ucuz mənzillər satışa çıxarılır.

Xezerxeber.az-ın məlumatına görə, qiyməti münasib olduğundan həmin mənzilləri almağa maraq göstərənlər də kifayət qədərdir.

Ancaq ekspertlər bildiriblər ki, bu mənzilləri almaq istəyənlər diqqətli olmalıdırlar.

Əmlak eksperti Ramil Qasımzadə yataqxanalardan mənzil almağın riskli olduğunu qeyd edib:

“Nəzərə almaq lazımdır ki, bu yataqxanadırsa, zamanla köçürüləcək. Tələbə yataqxanalarındakı mənzilləri alan vətəndaş bilməlidir ki, bu yataqxana dövlətindir və həmin binalar artıq istismar müddətini bitirib, yararsız vəziyyətdədir. Bir müddətdən sonra söküləcək. Sökülərkən o vətəndaşlara dövlət tərəfindən heç bir kompensasiya verilməyəcək”,-  deyə ekspert bildirib.

Yalnız istisnalar da var.

Ətraflı süjetdə:

0.31159591674805