Azərbaycanlıya böhtan atan şəxs istintaqa cəlb olundu

Türkiyənin Trabzon şəhərində yerli sakin azərbaycanlıya böhtan atıb.

“Yeniakit.com”un yaydığı xəbərə görə, A.T adlı şəxs polisə yalan ifadə verib.

Belə ki, Trabzon Polis İdarəsinin narkotiklə mübarizə şöbəsi M.T və Ş.Ç adlı iki şübhəli şəxs haqqında istintaqa başlayıb.

İnstintaq çərçivəsində şahid qismində dindirilən A.T əvvəlcə yalan ifadə verərək narkotik maddəni Azərbaycan və Gürcüstan vətəndaşlarından aldığını deyib.

Sonra o, yalan söylədiyini deyərək, hər şeyi olduğu kimi etiraf edib.

Yalançı şahidlik etdiyi üçün A.T barəsində araşdırma başlayıb. O, dörd aydan bir ilə qədər həbs oluna bilər.

0.45016288757324