Bakıda yüksək sürət qəzaya səbəb oldu: Yaralı var - FOTO

Ziya Bünyadov prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.  

Bakunews.media xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.  

Belə ki, prospektlə metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib.  

Nəticədə avtomobil yoldakı arakəsmədə olan işıq dirəyinə çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü xəsarət alıb.  

Əraziyə YPX əməkdaşları cəlb edilib. Polis əməkdaşları yolda başqa hadisənin baş verməməsi üçün tənzimləmə işləri aparıb. 

YPX əməkdaşlarının Baku TV-yə bildirdiyinə görə, hadisə yüksək sürət səbəbindən baş verib.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli 

0.35607194900513