Rusiyda yaşayış binası raketlə vuruldu: Ölən var - VİDEO
Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.
Məlumata görə, hücum nəticəsində azı beş nəfər ölüb.
Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları altında qaldığı ehtimal edilir.
Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq təhlükəsi olduğundan, sakinlər təxliyə edilirlər.
Mənbə: 112 “Telegram” kanalı