Messinin “Barsa” ilə salfet üzərindəki ilk müqaviləsi inanılmaz qiymətə satıldı - FOTO

Argentinalı futbolçu Lionel Messinin İspaniyanın “Barselona” klubu ilə salfet üzərində yazılmış ilk müqaviləsi hərracda 762,4 min funt-sterlinqə (965 min dollar) satılıb.

Bu barədə Britaniyanın Bonhams hərrac evi məlumat yayıb.

Məlumata görə, Messi klubla ilk müqaviləsini 2000-ci il dekabrın 14-də 13 yaşında ikən imzalayıb.

Hazırda Messinin 36 yaşı var. O, 2003-2021-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib.

Mənbə: TASS

10.856337070465