“Borussiya” klubu yeni formasını təqdim edib - FOTO

Dortmund “Borussiya”sı yeni mövsüm üçün formasını təqdim edib.

Məlumata görə, “sarı-qaralar” bu dəfə formasının rənglərində olmasa da, görünüşündə ciddi dəyişiklik ediblər.

Belə ki, öncəki formada fərqli dizaynla azarkeşlərini heyrətə gətirən Almaniya klubu bu dəfə sadəliyə doğru üz tutub.

Qeyd edək ki, “Borussiya” rəsmiləri formanın gələn aydan satışa çıxarılacağını bildiriblər.

Mənbə: Goal.com

0.31354308128357