Abşeronda yaşayış binasında güclü yanğın - YENİLƏNİB + VİDEO

Abşeron rayonunda yerləşən “Cənnət Park” yaşayış kompleksində baş verən güclü yanğın artıq söndürülüb.

Bu barədə Bakunews.media-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb:

“Yanğın doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 80 kv.metr olan üçotaqlı mənzilin iki otağında yanar konstruksiyalarda baş verib. Yanğın zamanı tüstüdən zəhərlənən bir qadın təcili tibbi yardım briqadasına təhvil verilib.

15 nəfər bina sakini təxliyyə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb və yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb”.

14:59

Abşeron rayonunda yerləşən “Cənnət Park” yaşayış kompleksində güclü yanğın baş verib.

Bu barədə Yeniavaz.com-a yaşayış kompleksinin sakinləri məlumat veriblər və yanğını əks etdirən görüntüləri redaksiyamıza göndəriblər. 

Sakinlər yanğın zamanı tüstüdən boğulanların və yananların olduğunu iddia edirlər. Bildirilir ki, yanğın nəticəsində ölən və yaralananlar var.

Həmin kadrları təqdim edirik:

 

0.70227599143982