Atası atıb, babası müalicəsi üçün mal-qarasını satıb: Elnurun dəstəyə ehtiyacı var - FOTO

İki yaşlı Elnur böyrək çatışmazlığından əziyyət çəkir.

Bu barədə Bakunews.media-a onun anası Ofeliya Nəcəfzadə məlumat verib.

O bildirib ki, övladı anadan olandan bu xəstəlikdən əziyyət çəkir:

“Elnurun iki yaşı var, anadan olandan sonra onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin andan da çətin günlərimiz başladı. Xəstəliyi olan körpə uşağa baxmaq, inanın, çox çətindir. Müayinələr üçün əlimizdə olan mal-qaranı satıb Türkiyəyə yollandıq. Oradakı həkimlərin dediyi müalicələri edirik. Sonuncu dəfə üç ay əvvəl müayinə üçün gedə bilmişik”.

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

“Elnur mənim yeganə övladımdır. Atası da altıaylıq olarkən atıb getdi. Məni anam və atam himayə edirlər. Uşaq həm xəstə, həm balacadır, ona görə də işləyə bilmirəm. Özümüz də Daşkəsəndə yaşayırıq. Elnurun müalicəsi dörd ay davam etməlidir, sonra biz yenidən Türkiyəyə yollanmalıyıq. Hazırda müalicə üçün 650 manata ehtiyacımız var. Sizin saytın izləyiciləri bir müddət əvvəl bizə dəstək olmuşdular, onlardan bizə yenidən yardım göstərmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 594-85-10.

“Kapital Bank”: 4169 7388 3634 8113.

1.3944170475006