Binəqədi polisi itkin düşmüş 17 yaşlı oğlanı ailə üzvlərinə təhvil verdi

Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 1A mənzil 80 ünvanında yaşayan 15.12.1985-ci il təvəllüdlü Eminova Kəmalə Fazil qızı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu 07.07.2003-cü il təvəllüdlü Eminov Kamal Rasim oğlu “20 Yanvar” metro stansiyasının yanına getmək adı ilə 03.02.2020-ci il tarixdə saat 13:00 radələrində evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Eminov Kamal Rasim oğlu 05.02.2020-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

Könül Cəfərli

0.3709180355072