Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb

Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.

Bakunews.media xəbər verir ki, Kərimov Nicat Rafael oğlu bu gün Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

Xatırladaq ki, 05.02.2020-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivində fərdi evdə yaşayan 02.08.1978-ci ildə anadan olmuş Kərimova Səbinə Cümşüd qızı Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdi ki, onunla eyni ünvanda yaşayan 01.05.2007-ci il təvəllüdlü oğlu Kərimov Nicat Rafael oğlu 29.01.2020-ci il tarixdə saat 22:00 radələrində yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Könül Cəfərli

0.96473598480225