Keçmiş Nəqliyyat Nazirliyinin binasının damı uçub, ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb - FOTO
Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.
APA-nın xəbərinə görə, buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.
Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.
Qeyd edək ki, bina hazırda “Bakı Telefon Rabitəsi” MMC-nin nəzdindədir.