Bakıda ər avtomobillə arvadının üzərindən keçdi

Bakıda bədbəxt hadisə baş verib. 

“Report” xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.

Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır. 

0.34472298622131