Türkiyə yenə silkələndi

Türkiyədə yenidən zəlzələ baş verib.

“HaberGlobal”ın xəbərinə görə, zəlzələ Manisa vilayətinin Akhisar rayonunda olub.

İlkin məlumatlara görə, zəlzələ 4 bal güçündə qeyd edilib. Dağıntılar və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, gecə və səhər saatlarında Türkiyənin Aralıq dənizi sahillərində də təkanlar qeydə alınıb.

0.47580599784851