İçərişəhərdə partlayış: Yeddi nəfər xəsarət aldı

İçərişəhərdə partlayış olub.

Report xəbər verir ki, partlayış nəticəsində yeddi nəfər yanıq xəsarətləri alıb.

Hadisə İlyas Əfəndiyev küçəsi 10 ünvanında baş verib.

TƏBİB-dən Bakunews.media-a verilən məlumata görə, hazırda üç nəfər yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə aparılıb. 

Partlayışa görə təcili tibbi yardım əməkdaşlarının əraziyə yaxınlaşmasına icazə verilmir.

0.70309615135193