Əmək hüquqlarımızı necə qoruya bilərik? - QHT layihəyə start verib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş Hüquqlarının Müdafiəsinə

Dəstək İctimai Birliyi "Əmək hüquqları üzrə maarifləndirmə" adlı layihənin icrasına başlayıb.

QHT sədri Fuad Əliyev bildirib ki, Azərbaycanda əmək hüququ pozuntusu ilə bağlı çoxsaylı problemlər olsa da, Əmək Müfəttişliyi, həmkarlar ittifaqları, dövlət qurumları və qeyri-hökumət təşkilatları birgə fəaliyyət göstərməli və resurslarını birləşdirərək əmək hüququ pozuntularının sayını azaltmağa və işçilərin istismarına son qoymağa çalışmalıdırlar: "Ən çox pozuntular əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və digər hallarla bağlı olub. Eyni zamanda işçilərin bu sahədə maariflənməsinə böyük ehtiyac var".

F.Əliyev qeyd edib ki, layihənin məqsədi vətəndaşların əmək hüquqlarının qorunması istiqamətində maariflənməsinə dəstək olmaqdır.

QHT bununla bağlı 3 aylıq (iyun-avqust) layihə müddətində Bakıda 7 müxtəlif müssəsədə layihə mövzusuyla bağlı hüquqi, maarifləndirici tədbirlər, görüşlər keçirməyi, vətəndaşların əmək hüquqlarının qorunması ilə bağlı beş yazı hazırlayıb, hər birini bir yerli internet resurslarında ictimailəşdirməyi nəzərdə tutub.

0.051108837127686