Babək prospektində iki avtomobil toqquşdu - FOTO

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, “90-DL-717 dövlət nömrə nişanlı "SsangYong Rexton" markalı avtomobil “10-RA-763 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili arxadan vurub. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları və təxliyyə maşını gəlib.

0.32202386856079