AVRO-2024: Maraqlı və gərgin mübarizə vəd edən qrupda növbəti mərhələyə kim adlayacaq? - D qrupu

Bir çoxlarına görə AVRO-2024-ün favoriti sayılan Fransa millisi D qrupunda Polşa, Avstriya və Niderland seçmələri ilə üz-üzə gələcək.

Bakunews.media xəbər verir ki, ikiqat Dünya və Avropa çempionu Fransa millisi bu dəfə də qalib olmaq üçün Almaniyaya səfər edəcək. "Xoruzlar" ilk görüşünü iyun ayının 17-də Avstriya millisinə qarşı keçirəcəklər. "Merkur Spiel-Arena"da baş tutacaq qarşılaşmanı 54,600 azarkeş canlı izləyəcək. Komandalar indiyədək ümumilikdə 11 dəfə görüşüblər. Bunlardan 8-də fransalılar, 1-də isə avstriyalılar qalib gəliblər. İki dəfə isə heç-heçə qeydə alınıb. Komandaların AVRO-2024-ə yollandığı heyətlərə nəzər yetirək.

Fransa millisinin baş məşqçisi Didye Deşam 24 futbolçuya güvənib.

Qapıçılar: Alfons Areola ("Vest Hem"), Mayk Menyan ("Milan"), Bris Samba ("Lans");

Müdafiəçilər: Jül Kunde ("Barselona"), Conatan Klaus ("Marsel"), Benjamin Pavar ("İnter"), İbraima Konate ("Liverpul"), Uilyam Saliba ("Arsenal"), Dayo Upamekano ("Bavariya"), Teo Hernandes ("Milan"), Ferlan Mendi ("Real", Madrid);

Yarımmüdafiəçilər: Yusuf Fofana ("Monako"), Adrian Rabio ("Yuventus"), Varren Zair-Emeri (PSJ), Orelen Çuameni ("Real", Madrid), Antuan Qrizmann ("Atletiko", Madrid), Nqolo Kante ("Əl-Hilal"), Eduardo Kamavinqa ("Real Madrid");

Hücumçular: Bradli Barkola (PSJ), Usman Dembele (PSJ), Kinqsli Koman ("Bavariya"), Olivye Jiru ("Los-Anceles") Kolo Muani (PSJ) Kilian Mbappe (PSJ), Markus Turam ("İnter").

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik isə heyətə aşağıdakı 26 futbolçunu daxil edib:

Qapıçılar: Niklas Hedl ("Rapid"), Haynz Lindner ("Yunion"), Patrick Pentz ("Brondbi");

Müdafiəçilər: Flavius ​​Daniliyuk ("Zalsburq"), Kevin Danso ("Lans"), Filip Lenhart ("Frayburq"), Filipp Mvene ("Maynz"), Stefan Poş ("Bolonya"), Leopold Kerfeld ("Rapid"), Qernot Trauner ("Feyenoord"), Maksimilian Veber ("Borussiya" Münhenqladbax);

Yarımmüdafiəçilər: Kristof Baumqartner ("Leyptsiq"), Florian Qrilliç ("Hoffenheim"), Marko Qrüll ("Rapid"), Florian Kaynz ("Köln"), Konrad Laymer ("Bavariya"), Aleksandr Prass ("Şturm"), Marsel Sabitzer ("Borussia" Dortmund), Romano Şmid ("Verder"), Matias Zaydl ("Rapid"), Nikolas Seyvald ("Leypsiq"), Patrik Vimmer ("Volfsburq");

Hücumçular: Marko Arnautoviç ("İnter"), Maksimilian Entrup ("Hartberq"), Maykl Qreqoriç ("Frayburq"), Andreas Veymann ("Vest Bromviç").

D qrupunda növbəti mərhələyə yüksəlmə ehtimalı daha yüksək olan ikinci komanda Niderland millisidir. "Narıncılar" AVRO-2024-ün ilk oyununda Polşa seçməsi ilə üz-üzə gələcəklər. 2022-ci ildə keçirilən dünya çempionatında Argentina millisinə məğlub olaraq turnirlə vidalaşan Niderland seçməsi, bu dəfə azarkeşlərinin etimadını doğrultmaq niyyətindədir. İyun ayının 16-da "Volksparkstadion"da keçiriləcək görüşü 52,274 futbolsevər izləyəcək. Rəqiblər indiyədək ümumilikdə 16 dəfə qarşılaşıblar. Bunlardan 9-da Niderland, 3-də isə Polşa seçməsi qalib gəlib. 4 dəfə isə heç-heçə qeydə alınıb. Komandaların AVRO-2024-ə qatıldıqları heyətlərə nəzər salaq.

Niderland millisinin baş məşqçi Andris Yonker siyahıya 26 oyunçunun adını daxil edib.

Qapıçılar: Bart Verbruqqen ("Brayton"), Mark Flekken ("Brentford"), Yustin Beylo ("Feyenord");

Müdafiəçilər: Matteys de Lixt ("Bavariya"), Vircil van Deyk ("Liverpul"), Natan Ake ("Mançester Siti"), Ceremi Frimponq ("Bayer 04"), Deyli Blind ("Jirona"), Stefan de Vrey ("İnter"), Lutşarel Qertruda ("Feyenord"), Denzel Dumfris ("İnter"), Mikki van de Ven ("Tottenhem");

Yarımmüdafiəçilər: Corcinio Veynaldum ("Əl-İttifaq"), Kodi Qakpo ("Liverpul"), Frenki de Yonq ("Barselona"), Xavi Simons ("Leypziq"), Yerdi Sxouten (PSV), Ticani Reynders ("Milan"), Doniell Malen ("Borussiya"), Ten Kopmeyners ("Atalanta"), Steven Berqveyn ("Ayaks"), Rayan Qravenberx ("Liverpul"), Yoey Verman (PSV);

Hücumçular: Memfis Depay ("Atletiko"), Vaut Veqorst ("Hoffenhaym"), Brayan Brobbi ("Ayaks").

Poşla seçməsinin baş məşqçisi Mixal Probej siyahıya 26 futbolçunun adını daxil edib.

Qapıçılar: Voytsex Şensnı ("Yuventus"), Lukaş Skorupski ("Bolonya",), Marcin Bulka ("Nitsa");

Müdafiəçilər: Yan Bednarek ("Sauthempton"), Bartoş Bereszinski ("Empoli"), Yakub Kiever ("Arsenal"), Timoteuş Puxaç ("Kayzerslautern"), Bartoş Salamon ("Lex"), Sebastian Valukieviç ("Empoli"), Przemislav Frankovski ("Lans");

Yarımmüdafiəçilər: Pavel Davidoviç ("Verona"), Yakub Piotrovski ("Ludoqorets"), Yakub Moder ("Brayton"), Pyotr Zelinski ("Napoli"), Kamil Qrosiçki ("Poqon"), Taras Romançuk ("Yaqelloniya"), Damian Şimanski (AEK), Sebastyan Şimanski ("Fənərbağça"), Nikola Zalevski ("Roma"), Bartoş Sliz ("Atlanta Yunayted"), Katsper Urbanski ("Bolonya");

Hücumçular: Adam Buksa ("Lans"), Robert Levandovski ("Barselona"), Kristof Peiatek ("Başakşehir"), Karol Sviderski ("Verona"), Miçal Skoras ("Brügge").

Qeyd edək ki, AVRO-2024-ə iyun ayının 14-də start veriləcək. Turnirə iyulun 14-də yekun vurulacaq.

D qrupunun görüşləri

16 iyun

Polşa – Niderland

Saat 17:00

Stadion "Volksparkstadion" (Hamburq)

17 iyun

Avstriya – Fransa

Saat 23:00

Stadion "Merkur Spiel-Arena" (Düsseldorf)

Anar Həsənov

0.30741715431213