ABŞ-də həyatını itirən azərbaycanlı gəncin nəşinin Vətənə gətirilməsi niyə gecikir?

ABŞ-nin San-Fransisko şəhərində iyunun 4-də vəfat edən azərbaycanlı Samir Quliyev astma xəstəliyindən əziyyət çəkib.

Bunu Bakunews.media-a vəfat edən gəncin anası, Bakıda 40 ildir ibtidai sinif müəllimi işləyən Aybəniz xanım deyib.

O qeyd edib ki, bu gün oğlunun Kaliforniyaya getməsinin iki ili tamamlanıb.

"Subaydır. Getməsini istəmirdim. Oğlum astma xəstəsi idi. Dedi, bəlkə oranın havası düşər, astma dərmanlarından qurtularam. Orada diaspor təşkilatında işləyirdi. Məsul işçi deyildi, sadəcə, çox fəal gənc idi. Əlavə olaraq taksi sürücüsü kimi də fəaliyyət göstərirdi. Astmadan tutmalar ona ali təhsil almağa imkan verməsə də, çox savadlı uşaq idi. İki oğlum var. Samir kiçik oğlumdur" - deyə Aybəniz xanım bildirib.

Aybəniz xanım onu da bildirdi ki, nəşin gətirilməsində hər hansı bir maddi sıxıntı və ya sənəd problemi yoxdur.

"Heç bir pul və ya nəsə başqa problem haqda danışılmır. Sadəcə, ekspert nədən öldüyünü təyin etməlidir, göndərilməsi üçün lazımi sənəd işləri var. Dedilər ki, nəşi 15-20 iyun arası Bakıda olmalıdır", - deyə ana qeyd edib.

Əzizə İsmayılova

0.056169033050537