Duz qarışqalarla mübarizədə effektivdirmi? - Mütəxəssisdən maraqlı açıqlama

Yay mövsümü özü ilə bağçılıq dövrünü gətirib. Bütün bağbanların belə vaxtlarda ən böyük problemi qarışqalardır. Bəziləri bu həşəratlarla mübarizə üçün duzdan istifadə edir. Bəs bu nə dərəcədə doğru addımdır?

Rusiyalı aqronom Petro Sinkovski bununla bağlı tövsiyələrini bölüşüb.

Onun sözlərinə görə, bağçılıqla məşğul olanlar adi xörək duzunu qarışqalara və alaq otlarına qarşı tez-tez istifadə etməyə çalışsalar da, bu məhsulu hər dərdin dərmanı adlandırmaq olmaz.

"Duz yalnız o zaman effektiv olur ki, onu suya qatıb qarışqa yuvasını və ya qarışqaların sahəyə daxil olduğu yeraltı keçidləri suvarırsınız. Lakin soda və ya naşatır spirtinin su ilə qarışığı da eyni effekti verir. Naşatır hətta daha yaxşı işləyir; qarışqalar kəskin qoxulardan xoşlanmırlar".

Mütəxəssis qeyd edib ki, kristal formada duz isə ümumiyyətlə qarışqalarla mübarizədə tam faydasızdır.

"Lap bütün qarışqa cığırlarını onunla tozlandırın - onlar yan keçəcək və yenilərini salacaqlar. Bu zaman bir müddət elə görünə bilər ki, onlar tamamilə yox olublar (duz işləyib), amma bu heç də belə deyil. Eyni zamanda, xörək duzu torpağa çox zərər verə bilər. Xlorid, ümumiyyətlə, bağ və bostan bitkiləri tərəfindən o qədər də sevilmir. Buna görə onun torpaqda konsentrasiyasını artırmağa ehtiyac yoxdur".

Mütəxəssis qarışqa ilə mübarizəyə ətirli bitkilərin kömək etdiyini vurğulayıb.

"Bundan başqa bağda bir neçə kərtənkələnin olması da faydalıdır - onlar qısa müddətdə qarışqaları məhv edirlər".

Mənbə: Aif.ru

0.050774812698364