Azərbaycanda 300-dən çox bağçada tibb bacısı vəzifəsi boşdur

Azərbaycan üzrə fəaliyyət göstərən 1 668 məktəbəqədər təhsil müəssisəsindən (uşaq bağçası) 1 091-də tibb bacısı fəaliyyət göstərir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 238 bağça birqruplu olduğuna görə orada tibb bacısının fəaliyyəti nəzərdə tutulmayıb.

Məlumata görə, bağçalarda tibb bacısı vəzifəsi üzrə vakant olan bağçaların sayı 339-dur.

0.043556213378906