İrandan Azərbaycana su butulkasında külli miqdarda heroin keçirmək istədilər

İrandan Bakıya gətirilən "plastik mətbəx əşyaları və şüşə qablar" yükündə 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Bu barədə Bakunews.media-a Dövlət Gömrük İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib:

"Yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib".

Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0.081458806991577